Çərşənbə axşamı, 2024-03-19
SITE LOGO
Site menu
News topics
İslam [2]
İdman [0]
Programlar [6]
DLE versiyaları [1]
Data Life Engine
Dini MP3 [0]
Our poll
Namaz Qılırsınız?
Cəmi: 224

 Həcc
 
Vəziyyəti yaxşı olan hər bir müsəlmanın ömründə bir dəfə Həccə getməsi fərzdir. Həccin mənası Beytullahı Allahın əmriylə ziyarəti " qəsd etmək deməkdir. Qəsd niyyət etmək, təsəvvür etmək deməkdir. Dünya paltarı Beytullaha çatmazdan əvvəl mikad deyilən müəyyən yerlərdə çıxarılar, tikişsiz paltarlar geyinilər. Buna "ihram" deyirlər. Qadınlar ihramda geyimli olarlar. Tikişli paltar geyinmək, məst geyinmək, başörtüdən istifadə etmək üçün qadınlara izin verilmişdir.
Beytullah deyilən mübarək yer Rəsulullahın doğulduğu, Qurani-Kərimin nazil olduğu yerdir. İbrahim Əleyhissalam da bu günkü Beytullahın yerini oğlu İsmayılla tikib vermişdir. Cənabi Haqq İbrahim Əleyhissalama - insanları buraya çağır " buyurmuşdur.
Həccə gedən adamın borcu olmamalı, maddi vəziyyəti yaxşı olmalı, sağlam biri olmalıdır. Kor və xəstələr oraya gedə bilməzlər. Dünyanın hər bir yerindən gələn insanlar burada toplanarlar. Beytullahı ona xas dualarla 7 dəfə dolanarlar. Buna "tavaf" deyərlər. Sonra Zəmzəm suyundan içib dua dua edərlər. Sonra Həzrəti Həcərin qaçdığı Safa, Mərvə dağları arasında 7 dəfə qaçarlar. Buna "say" deyərlər. Bundan sonra Həcc ayının 9-cu günü Adəm Əleyhissəlamla Həzrəti Həvvanın tanış olduğu və Rəsulullahın da getdiyi Ərəfət yerinə gedərlər. Ora Kəbədən uzaqdır. Orada Cəbəli-Rəhmə deyilən kiçik dağın ətrafında toplanıb dua edərlər. Bu toplanmaya "vakfə" deyilir. Sonra Ərəfədən Məkkəyə qayıdırlar. Minayla Məkkə arasında məşharul-haram deyilən yerdə dua edərlər. Minada şeytan daşlamaq üçün daş daş toplayarlar. Minaya gedib şeytan daşlayarlar, qurban kəsərlər. Sonra Məkkəyə qayıdılar, Beytullah tavaf edilər. Bu yolla hacılıq şərəfinə qovuşarlar. Bundan sonra Mədinədə Rəsulullahın qəbri ziyarət edilər. Həcc bundan ibarətdir.
Həccin fərzi üçdür, 1-si ihrama girməkdir. Kəbəyə girməzdən qabaq müəyyən yerlərdə dünya paltarı çıxarılaraq Həccə niyyət edilər, ihrama girilər. Bu ihram 1 məhrəbadan ibarətdir. 2 rəkət namaz qıldıqdan sonra təlbiyə edilər. Bu təlbiyə 5 rəkət namazdan sonra yollarda, eniş-yoxuşda söylənər.
Həccə niyyət etmək fərzdir. Niyyət mikad deyilən Kəbəyə yaxın müəyyən yerlərdə insanların dünya paltarlarını soyunub ihrama girdikləri yerdə olar. Burada qüsl alınar, su olmazsa, dəstəmaz alınar. 3 dəfə təlbiyə etdikdən sonra əllərini açıb Həccə niyyət edərlər.
Qadınlar Həcəri-əsvədə əl sürtərək öpə bilməzlər, arxadan salamlaya bilərlər.
Qadınlar təmiz olmadığı gündə əsla bu müqəddəs yerlərə gedə bilməz.
Qadının məhrəmi atası, qardaşı, əri, yeznəsi, süd oğludur. Bunlarla bir qadın Həccə gedə bilər. Başqalarıyla əsla gedə bilməz. Getmədiyi zaman Həccə getmiş birisinə pul verərək Həccə göndərər.

Login form
News calendar
«  Mart 2024  »
BaB.eÇ.aÇC.aCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Search
Site friends
Statistics

Cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Copyright MyCorp © 2024
Free web hostinguCoz