Çərşənbə axşamı, 2024-03-19
SITE LOGO
Site menu
News topics
İslam [2]
İdman [0]
Programlar [6]
DLE versiyaları [1]
Data Life Engine
Dini MP3 [0]
Our poll
Namaz Qılırsınız?
Cəmi: 224
Doğulan uşağa qarşı vəzifələr
 
Hər bir müsəlman bilməlidir ki, yeni doğulan uşağın qulağına ilk söylənən söz 'Allahın 1 olduğu və onun elçisi Məhəmməd Əleyhissalamın risalətini bildirən səs olmalıdır. Buna görə də müsəlman ata-anaya düşən ən böyük vəzifələrdən biri də sağ qulağına əzan, sol qulağına qamət gətirərək bu səsin ilk doğulan uşağın ürəyinə endirilməsinə çalışmaqdır. Əzan insanlara Allahın bir olduğunu qəbul etməyə və ona səcdəyə dəvət edər.
Ata-ananın bir vəzifəsi də doğulan uşağa aşağıdakı çəkildə dua etməkdir:
'Allahım bu uşağı ata-anaya itaətli, İslam içində qədəmini bərəkətli qıl'.
 
Övladınız dünyaya gəldikdə Allah-Təalanın böyük nemətinə qarşı, mümkün olursa qurban kəsin. Bu qurbana ' akika qurbanı deyilir. Rəvayətə görə, Peyğəmbərimiz, akika qurbanı kəsilməyən uşaqlar vəfat edərlərsə, ata-analarına duaçı olmazlar, buyurmuşlardı. Bu akika qurbanına diqqət edin, mütləq kəsin. Qurban qoyun, keçi kimi heyvanlardan olar. Xoruzdan əsla olmaz. Xoruz qurbanı dinimizdə yoxdur. Bu bizə qədim Türk dinindən gələn bir adətdir. Ata-ananın uşağına yaxşı ad verməsi lazımdır. Dini inanclar yoluyla verilən isimlərin də böyük təsirinin olacağı bildirilir. Məhz bu xüsusu bəyan edən Rəsulullah: 'Qiyamət günü hər kəs isimləriylə dəvət olunar. Allahın elçisinin adını daşıyan isim sahibi, o adın bərəkətinə nail olaraq, cənnətə gedər', 'Mən Qiyamət günündə, hər Məhəmməd ismində olan ümmətimə şəhadət edərəm' buyurmuşlar. Ata-anaya düşən digər vəzifə də oğlan uşaqlarını sünnət etdirməkdir. İbrahim Peyğəmbər 95 yaşında sünnət olmuşdur. Dinimizdə 3-dən 12 yaşına qədər sünnət olma çağıdır. Bu dövrdə hər müsəlman oğlan uşağı sünnət olunmalıdır. Uşaqlarınıza Qurani-Kərim öyrətmək və onun yolunda hərəkət etmək, eyni zamanda dünyəvi elm və sənət də öyrətmək vəzifənizdir. çünki Peyğəmbərimiz bizə 'Beşikdən məzara qədər elm öyrənin" deyə buyurmuşdur. Hər qadın və kişinin elm öyrənməsi fərzdir - buyurmuşdur. Uşaqlarınıza ilk öyrədəcəyiniz kəlmə 'la ilahə illallah, Muhəmmədən Rəsulullah'dır.
Qız uşaqlarında böyük ruzilər müjdələnmişdir. Onun üçün qız uşağı dünyaya gələn evdə bərəkət, ruzi çoxalır. Rəsulullah da 'Qızlardan üz çevirməkdən qorxun. Mən qızların atasıyam' buyurmuşdur. İslamiyyətdən əvvəl Cahiliyyə dövründə qız övladı dünyaya gələndə ondan üz çevirər və onu diri-diri məzara gömərdilər. Ancaq İslamiyyət bunu aradan qaldırdı. Rəsulullah buyurmuşdu: 'Allahdan qorxun! Sizin qadınlarınız üzərində haqqınız olduğu kimi, qadınların da sizin üzərinizdə haqqı vardır'.
Ölən övlad ağrısına dayananlara da böyük savab və dərəcələr vardır. Belə ki, ölən övlad ağrısına dayanandan cəhənnəm odunu Allah-Təala kənar edər. Övladlar ölüncə fəryad etməmək, təvəkkül edərək, Allahdan səbir istənməlidir.
Login form
News calendar
«  Mart 2024  »
BaB.eÇ.aÇC.aCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Search
Site friends
Statistics

Cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Copyright MyCorp © 2024
Free web hostinguCoz